21 
apr
2024
09:15
111

Paşinyan son mərhələni də keçməlidir - 4 kənd AÇIQLAMASI

21 apr, 2024
09:15
111

Paşinyan son mərhələni də keçməlidir - 4 kənd AÇIQLAMASI

"Dörd kəndin Azərbaycana qaytarılması və sərhədlərin müyyənləşdirilməsi prosesinə başlanılması bölgədə sülh quruculuğu prosesinə təkan verəcək". 

Bunu "Den.az"a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

"Bakı və İrəvan razılaşma əldə ediblər. Bu, Rusiya hərbi kontingentinin Qarabağı tərk etməyə başlamasının ardından növbəti uğurlu razılaşmadır. Cənubi Qafqazda yeni mərhələ başlayır. 4 kəndin qaytarılması iki ölkə arasında çərçivə sazişinin imzalanmasını sürətləndirəcək. Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə artan gərginlik və İsrail-İran qarşıdurması fonunda Cənubi Qafqazda danışıqlar yolu ilə əldə edilən razılaşmalar hamının xeyrinədir. Növbəti mərhələdə Zəngəzur dəhlizi ilə bağlı danışıqların intensivləşməsi gələcək. Bunu da uzatmağın Ermənistan üçün faydası yoxdur. Ermənistanın baş naziri Nikol Paşinyanın dediyi kimi Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyirsə son mərhələni də keçməli – Zəngəzur dəhlizinin işə düşməsini təmin etməlidir və bu, belə də olacaq".

Günəş Fərəh
Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar