22 
apr
2024
13:26
93

Kremlə qarşı yeni oyun: "Moldova MDB-dən çıxmaqla Rusiya qoşunlarını..."

22 apr, 2024
13:26
93

Kremlə qarşı yeni oyun: "Moldova MDB-dən çıxmaqla Rusiya qoşunlarını..."

Moldova gələn il MDB-dən çıxmağa hazırlaşır. Bu barədə KİV-lərdə məlumatlar yayılır. Məlumata görə, Moldova bundan sonra MDB-yə üzvlük haqqı ödəməyəcək. Bəs görəsən, Moldovanın MDB-dən çıxması təşkilatın gələcək fəaliyyətinə mənfi təsir göstərə bilərmi? 

Mövzunu "Den.az"a şərh edən politoloq Samir Hümbətov bildirib ki, Moldova prinsip etibarilə elə də böyük dövlət deyil və onun MDB-dən çıxmasının təşkilata təsiri yoxdur: "Amma hər halda Rusiya MDB-ni ayaqda tutmaq üçün bütün imkanlarından istifadə edir. Prinsip etibarilə bu gün Ukrayna da MDB-yə üzv deyil. Odur ki, Moldovanın təşkilatdan çıxması prosesə ciddi təsir göstərməyəcək. Onun ödədiyi üzvülük haqqı da böyük bir məbləğ hesab olunmur. Hesab edirəm ki, bu gün Moldovanın qərarının arxasında daha çox Rusiyadan qopmaq və Qərbə yaxınlaşmaq siyasəti dayanır. Nəzərə almaq lazımdır ki, 1992-ci ildən bəri Dnestryanı ərazilər məhz Moldovaya məxsusdur. Amma onlar Rusiyanın nəzarəti altında qalıb və Moskva öz qoşunlarını sülhməramlı adı altında orada saxlayır. Moldova ərazilərin geri qaytarılmalı olduğu haqda dəfələrlə fikir səsləndirib. Görünən odur ki, Moldova MDB-dən çıxmaqla Rusiya qoşunlarını da ərazisindən kənarlaşdırmaq niyyətindədir".

Politoloqun sözlərinə görə, Moldovanın MDB-dən çıxması təşkilatın dağılmasına gətirib çıxarmayacaq: "Çünki orada 15 ölkə var. Onlardan 5-nin olmaması heç nəyi dəyişməyəcək. Hər bir platforma önəmlidir. Platformalar çərçivəsində iqtisadi-siyasi əməkdaşlığın qurulması vacibdir. Bu əməkdaşlıqların ümumilikdə dövlətlərin iqtisadi inkişafına təsirləri mümkündür. Amma düşünürəm ki, Moldova MDB-dən çıxsa da, təşkilata ciddi təsirləri olmayacaq".

Günəş Fərəh
Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar