Paytaxtın bir neçə küçəsində söküntü işləri aparılacaq.
“Den.az” Xezerxeber.az-a istinadən xəbər verir ki, Kamandar Əhmədov və Həmid Abbasbəyli küçələrində də yeni layihənin icarsı ilə əlaqədər evlər plana düşüb.
Sakinlərin sözlərinə görə, söküntü ilə bağlı hazırlıq işlərinə də başlanıb.
Onlar deyir ki, söküntü işləri zamanı ödəniləcək kompensasiyanın məbləği ilə bağlı hələ danışıq aparılmayıb.
Xətai Rayon İcra Hakimiyyətindən “Xəzər Xəbər”ə bildirilib ki, söküntü ilə əlaqədar sözügedən ərazilərdəki həyətyanı sahələrdə artıq ölçmə işləri aparılıb.
Həmin küçələrdə yaşayan sakinlər digər ərazilərə köçürüləcək. Layihəyə əsasən, ərazinin yaxınlığında yerləşən “Sevgi Parkı”nın genişləndirilməsi nəzərdə tutulur.
Daha ətraflı videomaterialda:
Bakının bu ərazilərində söküntü işləri aparılacaq - VİDEO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.