Paytaxtın Nərimanov rayonunda söküntü işləri aparılır. Söküntü işləri heç də bütün sakinləri qane etmir.
Den.az xəbər verir ki, Nərimanov rayonunun Ceyhun Hacıbəyli və Nəsib bəy Yusifbəyli küçələrinin kəsişməsindən başlayan prosesdə əsasən fəaliyyəti dayandırılan obyektlər sökülür.
51 ailənin yaşadığı 5 mərətəbəli bina da söküntü planına daxil edilib. Əvəzində mənzil sahiblərinə kompensasiya təklif edilib.
Həmin məbləğ bəzi vətəndaşlar tərəfindən qəbul olunsa da, əksəriyyət bununla razılaşmayıb.
Sakinlərdən biri arb tv-yə bildirib ki, bir otağa 120 min kompensasiya verilir: "Kvadratına 4 min manat düşür. 3 otağa 280 min verlməli olduğu təqdirdə 175 min təklif olunub. Bu pulla yeni tikilidə bir otaqlı mənzil almaq mümkün deyil".
Bakıda bu sakinlərə 120 min kompensasiya veriləcək - VİDEO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.