Sumqayıtda istismar müddətini başa vurmuş yataqxanalar sökülür. Bu işlər şəhərin 3 müxtəlif ərazilərində həyata keçirilir.
Bu barədə Den.az-a Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib.
Mövcud yataqxanaların uzun müddət idi qəzalı halda olması hər kəsə bəllidir. Bununla bağlı aidiyyatı qurumlar dəfələrlə yoxlamalar aparıb və binaların artıq istismar müddənini tam başa vurduğu bildirilib. Məhz bununla bağlı tam təhlükəsizlik tədbirləri görülməklə yataqxanaların söküntüsü yüksək templə həyata keçirilir.
Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil Kommunal Təsərrüfatı istehsalat Birliyi(MKTİB) Baş mühəndisi Rövşən Fərəcov bildirib ki, söküntü işlərinə Noyabr ayından qərar verilib. Söküntü olan yataqxanalarda olan ailələrə kompensasiya verilməklə artıq köçürülüb.
"MƏLUMAT ÜÇÜN BİLDİRƏK Kİ, SUMQAYIT ŞƏHƏRİNDƏ MƏNZİL FONDUNA AİD OLAN YATAQXANALARIN 3-DƏ SÖKÜNTÜ NƏZƏRDƏ TUTULMUŞDUR Kİ, BUNLARDAN KİMYAÇILAR QƏSƏBƏSİNDƏ 49/3 SAYLI , 2-Cİ MK ƏRAZİSİNDƏ 13 SAYLI VƏ 29-CU MK ƏRAZİSİNDƏ YERLƏŞƏN 1 SAYLI YATAQXANALARDIR. HƏMİN YATAQXANALARDA YAŞAYAN SAKİNLƏRİN HAMISI DÖVLƏT TƏRƏFİNDƏN MÜƏYYƏN EDİLMİŞ KOMPENSASİYALAR ÖDƏNİLƏRƏK,BİR QİSMİNƏ EVLƏ TƏMİN EDİLMİŞDİR, DİGƏR QİSMİNƏ İSƏ KOMPENSASİYALAR TƏQDİM EDİLİB.YATAQXANALAR BOŞALDILIB. HAZIRDA SÖKÜNTÜ İŞLƏRİ APARILIR. KİMYAÇILARDA SÖKÜNTÜ İŞLƏRİ YEKUNLAŞIB. 29-CU MƏHƏLLƏDƏ İSƏ İŞLƏR DAVAM EDİR. BU SÖKÜNTÜ İŞLƏRİ APARILAN ZAMAN BÜTÜN TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ GÖRÜLÜR".
Sumqayıt şəhər İcra Hakimiyyətindən oda bildirilib ki, söküntü işləri başa çatdıqdan sonra ərazilər abadlaşdırılacaq, yerində müxtəlif növ ağaclar əkiləcək.
Sumqayıtda qəzalı vəziyyətdə olan 3 yataqxananın sökülməsinə start verilib-FOTO/VİDEO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.