29 
apr
2024
15:56
486

Sevinc anasına zəng edərək Laçın məni öldürəcək deyib: ABŞERONDAKI QƏTLİN BƏZİ TƏFƏRRÜATLARI MƏLUM OLUB-VİDEO

29 apr, 2024
15:56
486

Sevinc anasına zəng edərək Laçın məni öldürəcək deyib: ABŞERONDAKI QƏTLİN BƏZİ TƏFƏRRÜATLARI MƏLUM OLUB-VİDEO

Abşeronda ər öz həyat yoldaşını amansızlıqla qətlə yetirib. Hadisə Xırdalan şəhər Nəsibə Zeynalova küçəsi, bina 17 b , mənzil 59-da qeydə alınıb. 
 
Belə ki, Abşeron rayonu, Xırdalan şəhəri ərazisində 1976-cı il təvəllüdlü Sevinc Əhmədağayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 
 
Araşdırma zamanı 1974-cü il təvəllüdlü Laçın Əhmədağayevin yaşadıqları evdə arvadı Sevinc Əhmədağayevaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Mərhumun qapı qonşusu Esmira Nəcəfova bildirib ki, ailə olduqca sakit təbiətli idi. Qətlə yetirilən qadın isə ümumiyyətlə evdən çölə çıxan insan olmayıb. Ailənin bir azyaşlı övladları da olub. Dəhşətlisi budur ki, hadisə də məhz həmin azyaşlının gözü qarşısında törədilib. 
 
 
Digər qonşuların verdiyi məlumata görə, qətli törətməkdə şübhəli bilinən Laçın Əhmədağayev son vaxt hər kəslə dalaşırmış. Hətta bir neçə dəfə qonşuları da acılayıb. Mərhumun anası qonşulara deyib ki, qızı zəng edərək Laçının son vaxtlar psixologiyasının pozulub və onu öldürəcəyi ilə hədələyib. Ancaq Sevincə inanan olmayıb. 
 
Faktla bağlı rayon  prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Laçın Əhmədağayev prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub. 
 
Hazırda ibtidai istintaq davam edir.

 
NİZAMİ RƏSULOV
DEN.AZ

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar