“Rusiya və ABŞ ikitərəfli diplomatik münasibətlərdəki “narahatedici elementlərin” aradan qaldırılması ilə bağlı məsləhətləşmələri İstanbuldan paytaxtlarına köçürmək barədə ilkin qərar qəbul ediblər”.
“Den.az” xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiyanın Vaşinqtondakı səfiri Aleksandr Darçiyev deyib.
Diplomatın sözlərinə görə, nümayəndə heyətləri arasında danışıqların yeni raundu çox yaxın vaxtlarda Moskvada baş tutacaq.
Səfir vurğulayıb ki, Rusiya-Amerika münasibətlərinin “bərpası” hələ çox uzaqdadır və proses ləngiyir.