Yaxın Şərqdə gərginliyin artması fonunda Tehranda 2,5 milyon nəfər üçün yeraltı sığınacaqlar hazırlanır. Bu barədə paytaxtın Fövqəladə Halların İdarə Olunması Təşkilatının rəhbəri Ali Nasiri SNN-ə açıqlamasında bildirib.
Onun sözlərinə görə, zəruri mərhələlər tamamlandıqdan və icazələr alındıqdan sonra ümumi tutumu 2,5 milyon nəfər olan sığınacaqlar istifadəyə veriləcək. Hazırlıq işləri 300-dən çox məkanda — əsasən avtodayanacaqlar və metro stansiyalarında aparılır.
Metroda 82 stansiya yenidən qurulacaq: burada sanitar qovşaqlar quraşdırılacaq, həmçinin su və ərzaq ehtiyatları yaradılacaq.

