Bakıda IV Aqrar Startap və İnnovasiyalar Forumu Azərbaycan Diplomatik Akademiyasının ADA Universiteti və Kənd Təsərrüfatı Nazirliyinin birgə təşəbbüsü ilə təşkil olunub.
Denmedia.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdən əvvəl ADA Universitetinin rektoru Hafiz Paşayev, kənd təsərrüfatı naziri Məcnun Məmmədov və ölkənin aparıcı ali təhsil müəssisələrinin rəhbərləri aqrar startap sərgisi ilə tanış olublar.
Forumda təxminən 20 universitetin startap komandalarının layihələri təqdim edilir. Layihələr arasında kənd təsərrüfatı üçün hazırlanmış süni intellekt modulları da yer alır. Rəsmi hissədən sonra qalib komandaların mükafatlandırılması nəzərdə tutulub.
Tədbir çərçivəsində “Aqrar ekosistemin innovativ inkişaf perspektivləri” və “Bilik və akademik mühitin innovasiyaların formalaşdırılması və tətbiqində rolu” mövzularında panel müzakirələri keçiriləcək.

