İranın BƏƏ-də israilli diplomatlara hücum planı ifşa olunub.
Bu barədə “12-ci kanal” mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, hücumların hazırlanmasında iranlı agentlər iştirak edib və onlar İsrail missiyasının nümayəndələrini izləyiblər. Təhlükə ilə bağlı məlumat əldə edildikdən sonra təhlükəsizlik xidmətləri təcili tədbirlər görüb.
Diplomatik nümayəndəliklərdən kritik vəzifə daşımayan bəzi əməkdaşlar müvəqqəti olaraq təxliyə edilib.
İsrail tərəfi hadisəni İranın xaricdəki hədəflərə qarşı həyata keçirdiyi daha geniş kampaniyanın bir hissəsi kimi qiymətləndirir.

