Fransa Prezidenti Emmanuel Makron ölkə kubokunun final matçından əvvəl azarkeşlərin fitinə tuş gəlib.
Bu barədə RMC Sport məlumat yayıb.
Hadisə Parisdə, 80 mindən çox tamaşaçı tutumuna malik “Stad de Frans” stadionunda baş verib. Final oyununda “Lans” və “Nitsa” komandaları qarşılaşıb.
Matç başlamazdan əvvəl Makron hər iki komandanın futbolçularını salamlamaq və onlarla əl sıxmaq üçün meydançaya enib. Bu zaman tribunadan prezidentə qarşı fit səsləri yüksəlib.
Nəşr qeyd edir ki, Makronun final öncəsi meydana çıxması 2022-ci ildən bəri ilk dəfə baş verib. Son üç finalda Fransa Prezidenti azarkeşlərin mənfi reaksiyasından yayınmaq üçün futbolçularla yalnız stadionun daxili hissəsində görüşməklə kifayətlənirdi.

