İranın xarici işlər naziri Abbas Araqçi Sankt-Peterburqa səfər edib. Burada onun Rusiya Prezidenti Vladimir Putin ilə görüşü gözlənilir.
Görüşdə tərəflərin danışıqlar prosesi, mümkün atəşkəs və beynəlxalq koordinasiya məsələlərini müzakirə edəcəyi bildirilir.
Tehranda Moskva ilə “vahid cəbhə” formalaşdırıldığı vurğulanır və birgə regional layihələrin irəli aparılması planlaşdırılır.
Bu səfər Araqçinin Pakistan və Oman səfərlərindən sonra baş tutur.
Məlumata görə, İran vasitəçilər üzərindən ABŞ-a Hörmüz boğazını açmaq təklifini irəli sürüb, əvəzində isə dəniz blokadasının ləğvini istəyib. Nüvə proqramı ilə bağlı müzakirələrin isə sonraya saxlanıldığı qeyd olunur.
Bu fonda ABŞ və İsrail Tehramı kütləvi qırğın silahları hazırlamaqda ittiham etməyə davam edir.

