Ukraynanın keçmiş prezidenti Viktor Yuşşenko Bakıya səfər edib. Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev məlumat verib.
“Mənim üçün Ukraynanın üçüncü prezidenti Viktor Yuşşenkonu Bakıda salamlamaq böyük şərəfdir!” – deyə səfir sosial şəbəkədə paylaşım edib.
Səfir Yuşşenkonun Azərbaycana səfərinin məqsədi və proqramı barədə əlavə məlumat verməyib.
Viktor Yuşşenko 2005–2010-cu illərdə Ukrayna prezidenti vəzifəsini tutub.

