Fransada 2027-ci il prezident seçkiləri üçün namizədliyini irəli sürən Avropa Parlamentinin deputatı Rafael Qlüksmannın ikinci tura çıxmaq şansları müzakirə olunur.
Qlüksmann avqustun 23-də prezident seçkilərində iştirak edəcəyini rəsmən açıqlayıb. O, mərkəz-sol “Place publique” siyasi hərəkatının liderlərindən biridir və hazırda sorğularda təxminən 10–12 faiz dəstəyə malikdir.
Rusiyalı politoloq Aleksey Çixaçev “Lenta.ru”ya bildirib ki, Qlüksmann xüsusilə gənclər və ziyalılar arasında müəyyən dəstəyə, həmçinin ciddi media resursuna malikdir.
Bununla belə, ekspertin fikrincə, Qlüksmann hazırda sol elektorat üçün yeganə və ya əsas seçim deyil. Sol cinahda Jan-Lük Melanşon, daha mötədil seçicilər arasında isə Emmanuel Makronun siyasi düşərgəsindən çıxacaq namizədlər onun əsas rəqibləri hesab olunur.
Çixaçevə görə, Qlüksmannın ikinci tura çıxması üçün eyni vaxtda bir neçə siyasi faktor onun xeyrinə dəyişməlidir.
Hazırkı sorğular da bu çətinliyi göstərir: Qlüksmann təxminən 10–12 faiz civarında olduğu halda, Marin Le Pen birinci tur ssenarilərində xeyli irəlidədir.

