ABŞ vitse-prezidenti Cey Di Vens bildirib ki, Vaşinqtonla zənginləşdirilmiş uran məsələsi üzrə razılaşmaların icrası İrana bir sıra üstünlüklər verə bilər.
Onun sözlərinə görə, razılaşma Tehran üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcəyi təqdirdə müəyyən faydalar nəzərdə tutur.
Vens qeyd edib ki, ABŞ İran tərəfinin bəyanatlarını deyil, konkret addımlarını qiymətləndirəcək.
Onun sözlərinə görə, İran uranın zənginləşdirilməsindən imtina etməyi və yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatları ilə bağlı beynəlxalq müfəttişlərin fəaliyyətinə icazə verməyi öhdəsinə götürüb.
ABŞ rəsmisi bildirib ki, Vaşinqton üçün əsas məsələ razılaşmanın kağız üzərində qalması deyil, İranın real davranışıdır.

