Tovuzda bir neçə şəxsin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Den.az xəbər verir ki, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb.
Hərəkətdə olan iki "VAZ-2107" ilə "Toyota" və "VAZ-21011" markalı minik maşınları toqquşub.
Xəsarət alanlar 1992-ci il təvəllüdlü R.Həsənov, 1992-ci il təvəllüdlü K.Tağıyev, 1991-ci il təvəllüdlü F.Tağıyev, 1991-ci il təvəllüdlü C.Əliyev, 1984-cü il təvəllüdlü S.Mehdiyev və 2019-cu il təvəllüdlü M.Dəmirzadədir.
Məlumat üçün bildirək ki, həmin hadisə yerindən reportaj hazırlamağa çalışan XəzərXəbərin əməkdaşı Cümşüd Məmmədov özü də digər qəzanın qurbanı olub. Belə ki, XəzərXəbərin bölgə müxbiri şəxsi istifadəsində olan 60 BZ 838 dövlət nömrə nişanlı "VAZ-21011" minik avtomobilini yol kənarında park etdikdən bir neçə dəqiqə sonra 99 GH 267 nömrəli "VAZ-2107" markalı minik avtomobili onun maşınına çırpılıb. Xoşbəxtlikdən qəza zamanı Cümşüd Məmmədov avtomobilin içində olmayıb.
Faktla bağlı araşdırma aparılır.
SON DƏQİQƏ: XəzərXəbərin əməkdaşı ağır qəzaya düşdü-FOTOLAR

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.