Bakının Qaradağ rayonunda ağır qəza baş verib.
Baş Dövlət Yol Polisi İdarəsindən Den.az-a verilən məlumata görə, hadisə Bakı-Qazax avtomobil yolunun 46-cı kilometrliyində, Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.
1984-cü il təvəllüdlü Elnur Eynulla oğlu Yaqubov idarə etdiyi 99 AU 092 dövlət nömrə nişanlı "Hunday" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib yolun kənarındakı səkiyə çıxıb. Nəticədə o, səkidə olan 1974-cü il təvəllüdlü İradə Müslüm qızı Bədirova və onun qızı, 2004-cü il təvəllüdlü Gülnar Rəsul qızı Bədirovanı vurub.
Hadisə nəticəsində İ.Bədirova hadisə yerində ölüb, G.Bədirova isə xəstəxanaya yerləşdirilib.
Hadisəni törətməkdə şübhəli bilinən sürücü saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.