Xəbər verdiyimiz kimi, Xəzər dənizinin Sumqayıt şəhəri ilə keçən sahil zolağında faciəvi hadisə baş verib.
Den.az xəbər verir ki, 15 və 16 yaşlı iki yeniyetmə dənizdə çimərkən boğulma təhlükəsi ilə üzləşiblər. Hadisə zamanı uşaqlardan biri çətinliklə sudan çıxmağı bacarıb. Digərinə isə kömək etmək istəyən bir şəxs öz həyatını riskə ataraq dənizə girib. Təəssüf ki, 2009-cu il təvəllüdlü Əli Cabbarov həm də ona kömək etməyə çalışan şəxs boğularaq həyatını itirib.
Dənizdə batan Əli Cabbarovun yaxınları bildiriblər ki, hər iki dost Bakıdan Novxanıya gəliblər. İddiaya görə, Əlini dostu məcbur edib ki, dənizə gedək. O da evə gələrək atasından və nənəsindən icazə istəyib. Yeniyetmə dənizə getsədə ancaq ailəsi buna narazı imiş.
Əlinin özündən sonra əkiz bacısı qalıb. Onlarda rayonda yay tətildə imiş. Hazırda dənizdə batan şəxslərin axtarışları davam etdirilir.