Xəbər verdiyimiz kimi, Sumqayıtda 16 yaşlı gənc dənizdə çimərkən həyat vidalaşdı.
Denmedia.az xəbər verir ki, hadisə Corat qəsəbəsi ərazisində, çimmək üçün qadağan olunmuş zonada baş verib.
Şahidlərin sözlərinə görə, gənc oğlan dənizə girdikdən bir müddət sonra suda itib-batıb. Xilasedicilər və Fövqəladə Hallar Nazirliyinin dalğıc qrupları hadisə yerinə cəlb olunub, axtarış-xilasetmə işləri davam etdirilib. Maraqlı məqam ondan ibarətdir ki, ərazidə gəncə məxsus geyim əşyaları aşkar edilməyib. Bu, hadisə ilə bağlı bəzi suallar yaradıb. Həmin ünvanda istirahətə gələn şəxslərin sözlərinə görə, 16 yaşlı gənc sudan nə qədər kömək edin deyə qışqırsada , lakin onu xilas edən olmadı. Dənizdə boğularaq ölən gənc 16 yaşlı Murad Bayramovdur. Onun cansız bədəni səhər saatlarında dənizdən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.