Xəbər verdiyimiz kimi, Sumqayıtda qazilər arasında silahlı incident baş verib.
Denmedia.az xəbər verir ki, hadisə İnşaatçılar qəsəbəsi Səməd Vurğun küçəsində baş verib.
Hadisə şahidlərinin sözlərinə görə, dava iki şəxs arasında baş verib. Əraziyə dərhal Hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, sözü gedən ərazidə silahlı insidentlə müşayiət olunan və ictimai asayişin kobud şəkildə pozulması ilə nəticələnən xuliqanlıq hadisəsi baş verib.
“Hadisə zamanı Abşeron rayon sakini 35 yaşlı İlkin Seyidzadə aralarında yaranan şəxsi münaqişə zəminində tanışı Sumqayıt şəhər sakini 43 yaşlı Mahir Məmmədovu döyüb. Daha sonra M.Məmmədov özündə olan ov tüfəngi ilə atəş açaraq İ.Seyidzadəyə məxsus “Toyota Prado” markalı avtomobilin təkərlərini yararsız hala salıb və silahla nəqliyyat vasitəsinin ön qapısını əzərək onun maşından düşməsini tələb edib.M.Məmmədov Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və ondan 1 ədəd hadisəni törədən zamanı istifadə etdiyi tüfəng aşkar olunaraq götürülüb. İ.Seyidzadənin M.Məmmədovu döyməsi faktı ilə bağlı da əlavə araşdırma aparılır.”
Qeyd edək ki, insidentdə iştirak edən hər iki şəxs 2-ci Qarabağ müharibəsi qazisidir. İnsidentinj isə telefonda bir birinə söz keçirə bilməməsi səbəbindən baş verdiyi deyilir.
Faktla bağlı araşdırma aparılır.