Siyəzəndən Sumqayıta qızının ailə münaqişəsini sakitləşdirmək üçün gəlmişdi. Ancaq özü mabahisənin qurbanı oldu.
Den.az xəbər verir ki, dəhşətli qətl hadisəsi Sumqayıt şəhərinin 2-ci mikrorayonunda baş verib.
Belə ki, Sumqayıtda ailə münaqişəsi zəminində 55 yaşlı Arif Bağıyev qızının əri Nurulla Tofiqoğlu tərəfindən küçədə qətlə yetirildiyi bildirilir.
Məlumata görə qayınata qızı ilə kürəkəni arasındakı narazılığa aydınlıq gətirmək üçün Siyəzəndən qonaq gəlibmiş. Daha sonra onların arasında mübahisə yaranıb və hadisə qayınatanın qətlə yetirilməsi ilə nəticələnib. Hadisə şahidlərinin sözlərinə görə, qaynata davadan sonra qaçaraq küçəyə çıxıb . Ardınca gələn kürəkənin ona çataraq ürək nahiyəsinə bir bıçaq zərbəsi vurub. 55 yaşlı Arif Bağıyev aldığı xəsarətlərdən elə hadisə yerində dünyasını dəyişib.
Hadisə yerində hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Qətli törətməkdə şübhəli bilinən Nurulla Tofiqoğlu saxlanılıb. Faktla bağlı araşdırma aparılır.