ABŞ-ın İndiana ştatında qar fırtınası səbəbindən təxminən 45 avtomobil kütləvi qəza törədib.
DenMedia.az xəbər verir ki, bu barədə NBC News telekanalı hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
Bildirilib ki, qəza Terre-Haute şəhərindən 10 kilometr aralıda, I-70 avtomagistralında baş verib. Maşınlar yol boyunca dağılaraq qalıb, bəziləri isə yol kənarındakı otlu sahəyə çıxıb.
«Ağır xəsarət alan yoxdur. Polis ilkin olaraq 20–30 avtomobilin iştirak etdiyini qiymətləndirmişdi, lakin sonradan bu rəqəm 45-ə yüksəldi», — deyə məlumatda qeyd olunub.

