“Neftçilər” metrosu yaxınlığında evlərdən birində qətl hadisəsi baş verib.
“DenMedia.az” “Konkret.az”a istinadla xəbər verir ki, həmin ərazidə yaşayan Nicat adlı şəxs öz evində güllələnərək qətlə yetirilib.
Qətlə yetirilən şəxsin Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) prezidenti akademik, İsa Həbibbəylinin baldızı oğlu olduğu iddia edilir.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.
Onun özünə atəş açdığı ehtimal edilir.

