avq
2023
20:21
374

Kamera quraşdıran ustanı "tok" vurub öldürdü

5 avq, 2023
20:21
374

Kamera quraşdıran ustanı "tok" vurub öldürdü

Bərdə rayonunda müşahidə kamerası quraşdıran ustanı elektrik cərəyanı vuraraq öldürüb.
 
Den.az “Report"a istinadən xəbər verir ki, hadisə bu gün Bərdə rayonu, Gərənə kəndi ərazisində baş verib.
 
Belə ki, kəndin ərazisində müşahidə kamerası quraşdıran ustanı elektrik cərəyanı vurub. Nəticədə usta hündürlükdən yıxılıb. O, ətrafdakıların köməkliyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
 
Həkimlərin səyinə baxmayaraq ustanın həyatını xilas etmək mümkün olmayıb.
 
Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar