Kiprin İskel qəsəbəsində rusiyalı 39 yaşlı Lyubov Strelkovanın meyiti aşkarlanıb. Bu barədə Argumentı i Faktı nəşri yazır. Qadın son altı il ərzində yaşadığı evdə tapılıb. Həmin evdə o, sevgilisi Aleksandrla birlikdə yaşayırdı. Bir müddət sonra kişi də adada vəfat edib.
Polisin ilkin məlumatına görə, qadının ölümündə zorakılıq əlamətləri aşkar olunmayıb. İlkin səbəb kimi keçirdiyi pnevmoniyadan sonra yaranan ağırlaşmalar göstərilir. Lyubovun cənazəsinin Rusiyaya gətirilməsi üçün yaxınları və dostları təxminən 800 min rubl vəsait toplamalı olublar.
O, 31 yanvar tarixində doğulduğu Perm vilayətinin Vereşaqino şəhərində dəfn edilib. Aleksandrın cənazəsinin kremasiyası və daşınması ilə bağlı məsələlər isə hələ də həll mərhələsindədir.
Qadının tanışı Olqa nəşrə bildirib ki, Lyubov pnevmoniyadan sonra ciddi fəsadlar yaşayıb və bu itki ailəsi üçün ağır zərbə olub.

