Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin oğlu Seyf əl-İslam Liviyada öz evinin həyətində təşkil olunmuş sui-qəsd nəticəsində öldürülüb.
Bu iddia ilə Al Hadath telekanalı çıxış edib.
Kanalın Qəddafi ailəsinə yaxın mənbələrinə görə, Seyf əl-İslam iqamətgahının yaxınlığındakı bağda olarkən ölümcül güllə yarası alıb. Hücumda dörd nəfər iştirak edib və onlar hadisə yerindən dərhal qaçıblar.
Al Jazeera isə bildirir ki, sui-qəsddən dərhal əvvəl Qəddafinin evindəki bütün müşahidə kameraları sıradan çıxarılıb.
Digər tərəfdən, Liviyanın Milli Birlik Hökumətinə tabe olan və Tripolidə yerləşən 444-cü döyüş briqadası iddia edir ki, Qəddafinin böyük oğlu silahlı toqquşmalar zamanı öldürülüb. Briqada döyüşçüləri bu hadisələrə özlərinin hər hansı iştirakını inkar edirlər.

