Havay adalarında son 20 ilin ən güclü daşqını baş verib.
Associated Press-in məlumatına görə, leysan yağışların yaratdığı fəlakət nəticəsində 2 mindən çox sakin elektrik enerjisiz qalıb.
Məlumata əsasən, yağışlar əvvəlki qış fırtınasından sonra artıq su ilə doymuş torpağa düşüb, nəticədə vəziyyət daha da ağırlaşıb.
Su axınları evləri və avtomobilləri sürükləyib.
Rəsmi qurumlar bildirir ki, ümumi ziyan 1 milyard dolları keçə bilər.
Zərər yolları, hava limanlarını, məktəbləri və xəstəxanaları da əhatə edir.
Hadisə zamanı Honolulu şəhərinin şimalında 5,5 min nəfər üçün təxliyə elan edilsə də, sonradan bu qərar ləğv olunub.
Xilasedicilər suyun sürətlə yüksəldiyi ərazilərdən 200-dən çox insanı təxliyə edib.
Hazırda ölənlərlə bağlı məlumat yoxdur.

