Türkiyənin Sivas vilayətində Kırım-Konqo hemorragik qızdırması (KKQQ) səbəbindən bir nəfər həyatını itirib.
Bu barədə Demirören News Agency məlumat yayıb.
Məlumata görə, vəziyyəti ağırlaşan 21 yaşlı Süleyman Gülçün xəstəxanaya yerləşdirilib və ona KKQQ diaqnozu qoyulub.
Reanimasiya şöbəsində göstərilən tibbi yardıma baxmayaraq, gəncin həyatını xilas etmək mümkün olmayıb.
Bildirilir ki, mərhum heyvandarlıqla məşğul olub. Bu hadisə mövsüm üzrə ilk ölüm faktı kimi qeydə alınıb.

