Niderlandın ən böyük parlament partiyalarından biri olan D66 (“Demokratlar-66”) partiyasının Haaqanın mərkəzində yerləşən qərargahında partlayış baş verib.
Bu barədə Reuters polisə istinadən məlumat yayıb.
Hadisədən qısa müddət sonra şübhəli şəxs saxlanılıb.
Partlayış yerli vaxtla saat 21:00 radələrində partiyanın ofisində qeydə alınıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Niderlandın baş naziri və eyni zamanda D66 partiyasının lideri Rob Yetten bildirib ki, partlayıcı qurğu binanın giriş qapısındakı poçt qutusuna yerləşdirilib.
Onun sözlərinə görə, qurğu fişəngdən düzəldilmiş partlayıcı olub.
Bu, qorxutmağa yönəlmiş qorxaq hərəkətdir, — deyə hökumət başçısı bildirib.

