Yaponiyanın Takaoka şəhərində yerləşən qədim Daihodzi məbədində güclü yanğın baş verib.
Bu barədə NHK telekanalı məlumat yayıb.
İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan yoxdur.
Yapon mediasının məlumatına əsasən, alov məbəd kompleksinin ərazisinə sürətlə yayılıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə yanğının məbədə aid bir neçə tikilini tamamilə bürüdüyü görünür.
Hadisə yerinə təxminən 20 yanğınsöndürmə briqadası cəlb olunub. Xilasedicilər alovun daha da yayılmasının qarşısını almaq üçün işlərini davam etdirirlər.
Polis və yanğınsöndürmə xidmətləri yanğının səbəbini araşdırır. Tarixi obyektə dəymiş ziyanın miqyası da dəqiqləşdirilir.

