Girdimançayın İsmayıllıdan keçən hissəsində selə düşən 3 nəfər xilas edilib.
DenMedia.az xəbər verir ki, xilas edilən şəxslər Hüseynov Gümşüd Mərdan oğlu, Rüstəmov Ehtiram Sadıq oğlu və Əzimov Simran Eynulla oğludur.
Məlumata görə, onlar Zərnava kəndində yas mərasimindən qayıdarkən “Niva” markalı avtomobillə Girdimançayı keçmək istəyiblər. Lakin sel səbəbindən avtomobil çayın ortasında qalıb və şəxslər köməksiz vəziyyətə düşüblər.
Hadisə ilə bağlı gecə saat 01:57-də Fövqəladə Hallar Nazirliyinin 101 Çağrı Xidmətinə və FHN-in İsmayıllı Rayon Dövlət Yanğından Mühafizə Hissəsinə müraciət daxil olub.
Əraziyə FHN-in 10 nəfərdən ibarət xilasedici qrupu cəlb edilib. Xilasedicilər ağır texnika və xüsusi avadanlıqların köməyi ilə çayın ortasında qalan şəxsləri təhlükəsiz şəkildə xilas ediblər.

