Qazaxda fərdi yaşayış evində partlayış olub.
DenMedia.az teleqraf-a istinadən xəbər verir ki, hadisə evin hamam otağında qeydə alınıb.
Hadisədə xəsarət alan 1953-cü il təvəllüdlü Sədaqət Əliyeva Qazax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Qazax Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, 12 may 2026-cü il tarixində saat 19:30 radələrində 1 nəfər (qadın) xəstəxananın təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Üz nahiyəsinin 3-cü və bədənin müxtəlif yerlərinin 2-ci dərəcəli termiki yanığı diaqnozu təyin olunan 1953-cü il təvəllüdlü Sədaqət Əliyevaya zəruri tibbi xidmət göstərildikdən sonra tibb müəssisəsinin Reanimasiya şöbəsinə yerləşdirilib.
Vəziyyəti ağır olaraq qiymətləndirilir.
Faktla bağlı araşdırma başlanılıb.

