Romada parad məşqi zamanı atlar qorxaraq qaçıblar və şəhərdə təhlükəli anlar yaşanıb. Bu barədə La Repubblica məlumat yayıb.
Nəşrin məlumatına görə, atlar tədbir iştirakçılarından birinin partlatdığı salyut və fişənglərdən qorxaraq nəzarətdən çıxıblar və şəhər küçələrində qaçmağa başlayıblar.
Hadisə nəticəsində 4 nəfər xəsarət alıb. Onlardan 2 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.
Məlumata görə, 15 ata baytarlıq yardımı göstərilib.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır. Karabinerlər və yerli polis fişənglərdən istifadəyə görə məsul şəxsləri müəyyən etmək üçün videogörüntüləri araşdırır.

