Ötən gecə Bakıda baş vermiş ağır cinayətin bəzi təfərrüatları məlum olub.
"Den.az" xəbər verir ki, Suraxanı rayon Hövsan qəsəbəsində Hafiz Quliyev küçəsi 29 ünvanında, kirayə yaşadığı evdə paltarla boğularaq öldürülən 46 yaşlı Könül Cəfərova yaxınlıqdakı məktəbələrdən birində təmizlik işçisiymiş.
Onun qızı ailə həyatı qurandan sonra qadın həmin mənzildə tək kirayədə yaşayırmış. Hadisə yerində istintaq hərəkətləri apardıldıqdan sonra meyit müayinə üçün məhkəmə-tibbi ekspertiza və pataloji anatomiya birliyinə aparılıb Məlumatda o da bildirilir ki, hadisəni törətməkdə şübhəli bilinən 37 yaşlı Səbuhi Hüseynov özü ərazi üzrə polis bölməsinə gələrək təslim olub. Faktla bağlı Suraxanı rayon prokurorluğunda ''qəsdən adam öldürmə'' maddəsilə cinayət işi başlanıb.
Hazırda ibtidai istintaq davam edir.
MƏKTƏBDƏ TƏMİZLİK İŞÇİSİ BOĞULARAQ ÖLDÜRÜLÜB?Bakıda baş verən dəhşətli qətlin təfərrüatları məlum olub-FOTOLAR

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.