Ağdaşda qadın yüksək hərarətdən vəfat edib.
Denmedia.az-ın yerli bürosu xəbər verir ki, hadisə rayonun Hapıtlı kəndində qeydə alınıb.
Belə ki, 1980-ci il təvəllüdlü Azadə Əliyeva Ağdaş rayon Mərkəzi Xəstəxabasında vəfat edib. İlkin ehtimala görə, 46 yaşlı qadının hərarətdən öldüyü ehtimal olunur. Məruhun qardaşı bu işdə həkim səhlənkarlığının olduğunu deyir.
Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin yerli şöbəsinə yerləşdirilib.
Faktla bağlı Ağdaş rayon Prokurorluğunda araşdırma başlanılıb.

