Bakının Binəqədi rayonunda, 8-ci mikrorayon ərazisində yığılmış təkər tullantılarının olduğu sahədə baş verən yanğın söndürülüb.
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alov qısa müddətdə söndürülüb.
Yanğının ətraf ərazilərə yayılmasının qarşısı alınıb.

