İngiltərədə 26 yaşlı Leon Gillespie Azrailə bənzədilən qara kostyumla xəstəxananın damına çıxaraq xəstələr və ziyarətçilər arasında təşviş yaradıb.
Hadisə Ysbyty Glan Clwyd xəstəxanasında baş verib. Əlində uzun əşya tutan gənci görən şəxslərin məlumatından sonra əraziyə polis və yanğınsöndürmə briqadaları cəlb olunub.
Polis tərəfindən saxlanılan Gillespie barəsində ictimai asayişi pozmaq maddəsi ilə araşdırma başlanıb.
Məhkəmədə ifadə verən 26 yaşlı şəxs səhiyyə müəssisəsində əsaslı səbəb olmadan narahatlıq və qarışıqlıq yaratmaqda təqsirini etiraf edib. Məhkəmə onu pul cəzasına məhkum edib.
Gillespie daha sonra bildirib ki, üzərindəki geyim Azrail deyil, qarğa kostyumu olub.
Lakin rəsmilər onun davranışının xəstəxana əməkdaşları, xəstələr və ziyarətçilər arasında ciddi panikaya səbəb olduğunu vurğulayıblar.

