Abşeron rayonunun Masazır qəsəbəsində spirtli içki satılan mağazalardan birində əməkdaşlarla müştəri arasında insident baş verib.
DenMedia.az Qafqazinfo-ya istinadən xəbər verir ki, ilkin olaraq müştərinin aldığı spirtli içkilərin pulunu ödəməkdən imtina etdiyi bildirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı Cəsarət Qənbərlinin verdiyi məlumata görə, keçirilən tədbirlər nəticəsində hadisədə şübhəli bilinən 26 yaşlı Ə. Rzayev saxlanılıb.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.
Hadisəyə hüquqi qiymət araşdırmanın nəticələrinə əsasən veriləcək.

