Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
DenMedia.az “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “BMW” və “Hyundai” markalı minik avtomobilləri toqquşub.
Hadisənin başvermə səbəbləri araşdırılır. Xəsarət alanların sayı dəqiqləşdirilir.

