Türkiyənin Trabzon vilayətində mənşəyi müəyyən edilməyən pilotsuz uçuş aparatı (PUA) polis idarəsinin binasının daxili həyətinə düşüb. Bu barədə Yeni Şafak vilayət qubernatorunun açıqlamasına istinadən məlumat yayıb.
Hadisə avqustun 18-də yerli vaxtla saat 19:30 radələrində Arsin rayonunun Yeşildjə məhəlləsində baş verib.
PUA-nın düşməsi nəticəsində heç kim xəsarət almayıb. Lakin həyətdə park edilmiş üç avtomobilə maddi ziyan dəyib.
Hakimiyyət orqanlarının məlumatına görə, hadisədən sonra Təhlükəsizlik İdarəsinin müvafiq bölmələri tərəfindən lazımi tədbirlər görülüb və araşdırmaya başlanılıb.
Sosial şəbəkələrdə yayılan görüntülərdən PUA-nın divara çırpıldıqdan sonra partladığı görünür.

