Almaniyanın Aşağı Saksoniya federal torpağında yerləşən Hölsele yaşayış məntəqəsində Freddi adlı qaçmış eşşək 3 nəfərə xəsarət yetirib.
Yerli polisin məlumatına görə, hadisə avqustun 21-də baş verib. Yoldan keçənlər dairəvi yolayrıcının yaxınlığında nəzarətsiz qalmış eşşək və at görüblər.
Avtomobil evində olan iki nəfər eşşəyi tutmağa çalışıb. Lakin heyvan aqressiv davranaraq avtomobilin içinə girib və insanları dişləməyə, təpikləməyə başlayıb.

Onlara kömək etməyə çalışan 33 yaşlı qadın da eşşəyin hücumuna məruz qalıb və xəsarət alıb.
Qadına xəstəxanada tibbi yardım göstərilib. 58 yaşlı qadın və 59 yaşlı kişi isə yüngül xəsarətlərlə kifayətlənib və hospitalizasiyaya ehtiyac olmayıb.
Daha sonra heyvanın sahibi Freddini tutaraq saxlanıldığı yerə qaytarıb.
Polis hələlik eşşəyin niyə aqressiv davrandığını müəyyən edə bilməyib.

