İngiltərənin Klivlend bölgəsində A66 avtomobil yolunda əks istiqamətdə hərəkət edən avtomobil polis maşını ilə toqquşub. Hadisə nəticəsində 7 nəfər həyatını itirib.
Ölənlərdən ikisi xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşı, digər 5 nəfər isə qarşı tərəfdəki avtomobildə olan şəxslərdir.
Qəzanın əks istiqamətdə hərəkət edən avtomobilin polis maşınına çırpılması nəticəsində baş verdiyi bildirilir.
Böyük Britaniyanın baş naziri sosial şəbəkədə paylaşım edərək həyatını itirən iki polis əməkdaşının və beş mülki şəxsin yaxınlarına başsağlığı verib.
Hadisənin səbəb və şəraitinin müəyyənləşdirilməsi üçün araşdırma davam etdirilir.


