Pakistanın Hayber Paxtunxva əyalətinin Svatt bölgəsində polis bölməsinin qarşısında partlayış baş verib.
Pakistan mediasının məlumatına görə, polis əməkdaşları məntəqəyə daxil olmağa çalışan hücumçunu saxlayıblar. Bundan sonra həmin şəxs üzərində daşıdığı partlayıcı qurğunu işə salıb.
Hadisə nəticəsində polis əməkdaşları və mülki şəxslər də daxil olmaqla 14 nəfər həyatını itirib, 24 nəfər yaralanıb.
Yaralıların vəziyyəti barədə əlavə məlumat verilməyib.
Hücumla bağlı araşdırma başlanılıb.

