Meksikanın Uamantla şəhərində keçirilən ənənəvi buğa qaçışı faciə ilə nəticələnib.
“The Sun” nəşrinin məlumatına görə, tədbir zamanı qəzəblənən buğalar insanları yerə yıxıb, havaya atıb və buynuzları ilə yaralayıblar.
Hadisə nəticəsində 2 nəfər ölüb, daha 11 nəfər yaralanıb.
Həyatını itirənlərdən biri 29 yaşlı Xuan Errera olub. O, sinə və ayaq nahiyəsindən aldığı ağır xəsarətlər nəticəsində ölüb.
Digər zərərçəkən, 57 yaşlı Luis Ramires isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb, lakin həkimlərin müdaxiləsinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb. Məlumata görə, buğa onun baş və döş qəfəsi nahiyəsinə ağır xəsarətlər yetirib.
Qeyd edək ki, Uamantlada ənənəvi buğa festivalı 1953-cü ildən keçirilir.

