Bakının Binəqədi rayonunda yanğın nəticəsində bir nəfər həyatını itirib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xəttinə Əcəmi Naxçıvani küçəsində tikilidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirliyin Mətbuat Xidmətindən bildirilib ki, hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğın ümumi sahəsi 700 kvadratmetr olan, bir dam altında bir neçə otaqdan ibarət birmərtəbəli taxta tikilidə baş verib. Tikilidə bir neçə ailənin yaşadığı bildirilir.
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun daha geniş əraziyə yayılmasının qarşısı alınıb və yanğın söndürülüb.
Hadisə zamanı tikilinin 150 kvadratmetr sahədə taxta konstruksiyaları yanıb. Yaxınlıqdakı 100 kvadratmetrlik qarajın isə 10 kvadratmetr sahədə konstruksiyaları zədələnib.
Hadisə yerinə baxış zamanı 1990-cı il təvəllüdlü Fərid Əliyar oğlu Tapdıqovun meyiti aşkarlanıb.
Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

