Braziliyanın Seylandiya şəhərində 7 aylıq hamilə, 36 yaşlı qadın əsir saxlanıldığı evdən polis tərəfindən xilas edilib.
Hadisə anonim məlumat əsasında üzə çıxıb. Polis göstərilən ünvanda əməliyyat keçirərək qadını bədəninin müxtəlif nahiyələrində, o cümlədən qarın hissəsində çoxsaylı göyərmələrlə aşkarlayıb.
Qadın polisə bildirib ki, ona qarşı fiziki və psixoloji zorakılıq tətbiq edilib, hədələnib və zorlanıb.
Şübhəli şəxs elə həmin gün tapılaraq saxlanılıb və polis bölməsinə aparılıb.
Zərərçəkənlə şübhəlinin bir-birini əvvəldən tanıyıb-tanımadığı barədə məlumat açıqlanmayıb. Qadının və körpənin hazırkı sağlamlıq vəziyyəti ilə bağlı da əlavə məlumat verilməyib.

