İspaniyanın Seuta anklavında polis hərbçilər və Mülki Qvardiya əməkdaşları ilə qarşıdurmadan sonra Mərakeşdən olan 21 nəfəri saxlayıb. Bu barədə EFE məlumat yayıb.
Hadisə axşam saatlarında Trampolin çimərliyinin yaxınlığında baş verib.
Agentliyin məlumatına görə, insidentdən əvvəl miqrantlar arasında dava düşüb. Həmin vaxt ərazinin yaxınlığında hərbi patrul olub. Bundan sonra davanın iştirakçıları hərbçilərə daş atmağa başlayıblar.
Denmedia.az

