Lənkəran rayonunda mikroavtobusla yük avtomobilinin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Denmedia.az report-a istinadla xəbər verir ki, hadisə Ələt–Astara magistralının 155-ci kilometrliyində qeydə alınıb.
İlkin məlumata görə, Astara istiqamətində hərəkətdə olan 99-SU-026 dövlət qeydiyyat nişanlı “Mercedes Vito” markalı mikroavtobus İrana doğru hərəkət edən yük avtomobili ilə toqquşub.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin xilasediciləri cəlb olunublar.
Qəza nəticəsində avtomobildə sıxılmış vəziyyətdə qalan iki nəfərin meyiti xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
İlkin məlumata əsasən, hadisə nəticəsində iki nəfər həlak olub, xəsarət alanlar var. Yaralılardan biri Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

