ABŞ-yə məxsus F-16 qırıcı təyyarəsi Miçiqan ştatının şimalında qəzaya uğrayıb. Hadisə barədə NBC telekanalının yerli bölməsi məlumat yayıb.
Məlumata görə, qəza yerli vaxtla təxminən saat 14:00-da baş verib. Təyyarənin pilotu qəzadan əvvəl katapult etməyə müvəffəq olub.
Yerə endikdən sonra pilot xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətinin stabil olduğunu bildiriblər.
Hadisədən sonra əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ehtiyat tədbirləri görülüb. Yaxınlıqdakı ərazilərin sakinlərinə evlərindən çıxmamaq və pəncərələri açmamaq tövsiyə olunub.
Bu göstərişlərin təyyarənin qalıqlarının düşdüyü ərazidən və ya onun komponentlərindən yarana biləcək mümkün risklə əlaqədar olduğu bildirilir.

