Ağdaş rayonunda 14 yaşlı yeniyetmə pnevmatik tüfənglə 51 yaşlı qadını yaralayıb.
Denmedia.az xəbər verir ki, yeniyetmə sahibsiz heyvana atəş açarkən güllə ehtiyatsızlıqdan qonşuluqda yaşayan qadının qarın nahiyəsinə dəyib.
TƏBİB-dən bildirilib ki, 1975-ci il təvəllüdlü qadın Ağdaş Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Qarın boşluğuna yad cismin daxil olması diaqnozu qoyulan pasiyentə zəruri tibbi yardım göstərilib.
Daha sonra qadın ixtisaslı tibbi yardım üçün Şirvan Şəhər Mərkəzi Xəstəxanasına köçürülüb. Hazırda onun vəziyyəti stabil qiymətləndirilir.
Hadisəni törətməkdə şübhəli bilinən yeniyetmənin Ağdaşda tanınmış iş adamı Məhəmməd Əliyevin nəvəsi olduğu bildirilir.
Pnevmatik tüfəng polis əməkdaşları tərəfindən götürülüb. Faktla bağlı araşdırma aparılır.

